Çinin cənub-qərbində baş verən güclü zəlzələdə ölənlərin sayı 82 nəfərə çatıb.
Daha 35 nəfər itkin düşmüş hesab olunur.
270 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Bundan əvvəl 74 nəfərin həlak olduğu, 26 nəfərin itkin düşdüyü barədə xəbər yayılmışdı.
İtkin düşənlərin axtarışları davam edir. Dağıntılar baş verən əraziyə maddi yardım – çadırlar, adyallar və ərzaq göndərilib.
Qeyd edək ki, sentyabrın 5-də Çinin Sıçuan əyalətində 6,8 bal gücündə zəlzələ baş verib.
Mənbə: TASS
www.102info.az