PSJ-nin futbolçusu Kilian Mbappenin UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Yuventus”un qapısına vurduğu top turun ən yaxşı qolu seçilib.
Sorğu UEFA-nın rəsmi saytında aparılıb.
Qeyd edək ki, fransalı hücumçu sözügedən oyunda dubl edərək PSJ-nin “Yuventus” üzərində qələbəsini (2:1) təmin edib.
Mənbə: UEFA
www.102info.az