Renat Dadaşov İsveçrə çempionatında ayın futbolçusu seçilib

Dünya

“Qrasshopper” klubunda çıxış edən Azərbaycan millisinin hücumçusu Renat Dadaşov İsveçrə Super Liqasında avqustun ən yaxşı futbolçusu seçilib.

“Report” xəbər verir ki, 23 yaşlı forvard azarkeşlər arasındakı səsvermədə bütün rəqiblərini qabaqlayıb.

Gənc forvard hazırda 3 qol və 1 məhsuldar ötürmə ilə bombardirlərin siyahısında 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Renat Dadaşov “Qrasshopper”ə cari mövsümün əvvəlində İngiltərənin “Vulverhempton” klubundan keçib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir