Britaniya elektrik enerjisi tariflərini iki il müddətinə donduracaq

Dünya

Böyük Britaniyanın baş naziri Liz Trass bu gün hökumətin enerji böhranı ilə mübarizə proqramını açıqlayıb.

O, elektrik enerjisi tariflərinin 2024-cü ilə qədər dondurulmasını təklif edib.

“Hökumət təcili olaraq insanlara elektrik enerjisi ödənişlərinə əminlik verəcək, inflyasiyanın qarşısını alacaq və (iqtisadiyyatın) böyüməsinə kömək edəcək elektrik enerjisi qiymət zəmanətlərini təqdim edir”, – deyə Trass Britaniya parlamentinin İcmalar Palatasında çıxışı zamanı bildirib.

Baş nazirin sözlərinə görə, zəmanətlər o deməkdir ki, Britaniyadakı ev təsərrüfatları oktyabrın 1-dən etibarən iki il ərzində ən çoxu 2,5 min funt sterlinq (4,8 min manat) ödəyəcəklər.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir