Albaniyada enerjiyə qənaət üçün iş vaxtı dəyişdirilə bilər

Dünya

Albaniyada enerjiyə qənaət tədbirləri üzrə paket elan ediləcək. Paketdə böhran şəraitində enerjiyə qənaət edilməsi ilə bağlı atılacaq addımlar yer alacaq.

Bu barədə ölkənin baş nazirinin müavini, energetika və infrastruktur naziri Belinda Balluku bildirib.

Balluku paketin Baş nazir Edi Rama tərəfindən təqdim ediləcəyini və enerjiyə qənaət üçün “güclü tədbirlər” ehtiva edəcəyini qeyd edib.

Balluku daha çox enerji istehlak edənlərin ödəməli olduğu yüksək tarifə toxunub.

“800 kVt/saat diapazonu üzrə oktyabrın 1-dən etibarən digər kəskin tədbirlər görüləcək. Sabah biz enerjiyə qənaət paketini təqdim edəcəyik”, – deyə bildirib.

O, ümumi ictimai məkanların işıqlandırılmasının saat 22:00-dan sonra söndürüləcəyini vurğulayıb.

Balluku həmçinin sənaye sahəsi və digər müştərək fəaliyyətlərdə iş vaxtının dəyişdirilə biləcəyini də əlavə edib. O bildirib ki, Almaniya və digər ölkələr artıq oxşar addımlar atıb.

Mənbə: Yevropeyskaya pravda  

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir