Tennessi ştatının (ABŞ) Memfis şəhərində 19 yaşlı afroamerikalı Ezekiel D.Kelli 19 saat şəhəri gəzərək yoldan keçənlərə atəş açıb. Nəticədə müxtəlif yerlərdə azı dörd nəfər ölüb, üç nəfər yaralanıb.
Bu barədə yerli hüquq-mühafizə orqanlarından xəbər verilib.
Cinayətlərdən azı biri qatil tərəfindən sosial şəbəkələrdə canlı yayımlanıb.
Polis tərəfindən təqib olunan şübhəli oğurlanmış avtomobildə qəza törətdikdən sonra saxlanılıb. O, maşından düşməkdən imtina etdiyi üçün həbs SWAT polisinin xüsusi təyinatlıları tərəfindən həyata keçirilib.
O da bildirilir ki, Kelli 2020-ci ildə adam öldürməyə cəhddə ittiham olunub.


Mənbə: Fox13
www.102info.az