Türkiyənin Antalya şəhərində hosteldə məskunlaşan kişinin başına bədbəxt hadisə gəlib.
Belə ki, hostelin eyvanına çıxan şəxs döşəmənin çökməsi nəticəsində hostelin birinci mərtəbəsində fəaliyyət göstərən geyim mağazasının içinə düşüb.
Ətrafdakı şəxslərin köməyi ilə xəstəxanaya çatdırılan kişinin ciddi xəsarət almadığı bildirilir.
Görüntülər mağazanın təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Mənbə: İHA
www.102info.az