Şarl Mişel Azərbaycanın beş erməni hərbçini Ermənistana təhvil verməsini təqdir edib – FOTO

Dünya

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycanın beş erməni hərbçini qarşı tərəfə təhvil verməsini təqdir edib.

Aİ Şurasının Prezidenti bu barədə öz “Twitter”ində yazıb.

“Avqustun 31-də Brüsseldə baş tutan müzakirələrdən sonra daha beş erməni hərbçinin Bakı tərəfindən sərbəst buraxılmasını alqışlayıram. İlk dəfədir ki, təhvil ikitərəfli qaydada həyata keçirilib – bu həm Azərbaycan, həm də Ermənistan üçün etibar deməkdir. Bütün həll edilməmiş humanitar məsələlərin həlli əsas prioritetdir”,- deyə Ş.Mişel vurğulayıb.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir