“Playboy”un Ukrayna versiyası bağlanır – SƏBƏB + FOTO

Dünya

“Playboy” jurnalının Ukrayna versiyası gələn il yanvarın 1-dən fəaliyyətini dayandırır.

Bu barədə nəşrin həmtəsisçisi Aleksandr Şevçenko məlumat verib.

“2023-cü il yanvarın 1-dən “Playboy”un Ukrayna versiyası fəaliyyətini dayandıracaq. Mərkəzi ofisin qərarıdır. Səbəbini heç kim izah etmədi. Partnyorlar haqqında pis danışmaq mənim qaydalarıma uyğun deyil. “Playboy” Rusiya Federasiyasını tərk etməyib. O, Ukraynanı tərk edib. Bizim tərəfimizdən bütün maliyyə öhdəlikləri 100% yerinə yetirilib”, – deyə o, “Facebook”da yazıb.

Şevçenko bildirib ki, Ukraynada “Playboy” jurnalının bağlanması müharibə ilə bağlı mərkəzi ofislə razılaşdırılmayan xüsusi buraxılış məsələsinə görə qisas ola bilər.

“Məncə, “Playboy Ukrayna”nın bağlanmasının əsl səbəbi bizim “Playboy müharibə” adlı formatsız buraxılışımızdır. Bunu etmək olmazdı”, – deyə o, bildirib.

Şevçenko əlavə edib ki, nəşrin baş ofisində ona elan edilən rəsmi versiya belədir: “Biz ərzaq şirkətinə çevrilirik”.

“Onlar köynəklər istehsal edəcəklər. Onların artıq mağazası var. Maykalar sadəcə “Playboy” loqosu – dovşan şəkli ilə olacaq”, – deyə Şevçenko izah edib.

“Playboy” jurnalı ABŞ-da Hyu Hefner tərəfindən 1953-cü ildə nəşr olunmağa başlayıb. Rusiyada nəşr 1995-ci ildə, Ukrayna versiyası isə 2005-ci ildə çıxmağa başlayıb.

Ukraynada “Playboy”un müharibə haqqında xüsusi buraxılışı 2022-ci ilin martında işıq üzü görüb. Daha sonra Şevçenko bildirib ki, nəşrin mərkəzi ofisi bu nömrəyə görə redaktorlara təşəkkür edib, onun bütün dünyaya yayılacağına söz verib.

“Playboy”un Ukrayna versiyasının sahibi jurnalın gəlirindən vəsaiti Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarına köçürüb.

Mənbə: Meduza

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir