İstanbulda kişi yük maşınını həyat yoldaşını təqib edən şəxsə çırpdı – VİDEO

Dünya

İstanbulun Sancaktepe rayonunda tanımadığı kişi tərəfindən təqib olunan qadın bu barədə ərinə məlumat verib və olduğu məkanın dəqiq ünvanını “WhatsApp”la həyat yoldaşına göndərib. 

Hadisə yerinə tələsən kişi kiçikhəcmli yük maşınını həyat yoldaşına sataşan kişiyə çırpıb.   

Bir neçə dəqiqə sonra isə hadisə yerinə qadının qohumları da gəliblər.  

Onlar da öz növbələrində ağır xəsarət almış kişini taxta parçaları ilə döyüblər.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

İnsidentin digər təfərrüatı barədə məlumat verilmir.

Mənbə: İHA

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir