Almaniya və Avropa Rusiya qazının tədarükünü tamamilə dayandırmağa hazırdır.
Bunu Almaniya kansleri Olaf Şolts bildirib.
Onun sözlərinə görə, artıq Almaniyanın şimal sahillərində maye qazın idxalı üçün terminallar quraşdırılıb.
Bundan əlavə, ölkə bütövlükdə qaza qənaət edir.
Şolts bəyan edib ki, hazırda Almaniya kömürlə işləyən elektrik stansiyalarının istehsal gücündən istifadə edir və gələn ilin əvvəlində, zərurət yaranarsa, Cənubi Almaniyanın qalan atom elektrik stansiyalarından da yararlana biləcək.
Mənbə: gazeta.ru
www.102info.az