Ukrayna ordusu Xarkov istiqamətində 70 km irəliləyib.
Bu barədə Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Ölkənin silahlı qüvvələri son sutka ərəzində Xarkov vilayətinin Kozaçaya Lopani və Çkalovsk qəsəbələrini nəzarət altına alıblar.
Sentyabrın əvvəlindən Ukrayna döyüşçüləri artıq 3000 kvadrat kilometr ərazini azad ediblər.
Bu barədə “Telegram”da Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnıy yazıb.
Onun sözlərinə görə, artıq ölkə ordusu Xarkov vilayətində Rusiya ilə sərhəddən 50 kilometr aralıda yerləşib.
www.102info.az