Dünyada koronavirusdan ölüm halları azalır

Dünya

Son bir həftədə dünyada koronavirusa yeni yoluxma hallarının sayı 3,8 milyon nəfər təşkil edib ki, bu da iyunun ortalarındakı səviyyəyə uyğundur.

COVID-19-a yoluxma halları ardıcıl yeddinci həftədir azalır.

Sonuncu dəfə koronavirusdan ən yüksək ölüm faktı yayın əvvəlində qeydə alınıb. Həmin vaxt yeddi gün ərzində təxminən 12,4 min insan koronavirusdan həyatını itirmişdi.

Sutkalıq ən yüksək yoluxma hazırda Yaponiyadadır, amma yayın sonunda orada 140 minə yaxın yoluxma hadisə qeydə alınmışdısa, indi bu rəqəm 110 min təşkil edir.

İkinci yerdə Cənubi Koreyadır –  gündəlik təxminən 75 min insanın koronavirusa yoluxur. Bu göstərici avqustun ortaları ilə müqayisədə iki dəfə azdır.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir