Avropa Liqasının “Arsenal” – PSV oyunu təxirə salınıb.
UEFA-nın mətbuat xidməti Avropa Liqasının qrup mərhələsinin 2-ci turunun sentyabrın 15-nə planlaşdırılan oyununun başqa tarixdə baş tutacağını bildirib.
Bu qərarın Londonda II Elizabetin dəfn mərasiminə hazırlıqların getməsi fonunda təşkilati çətinliklərlə bağlı olduğu vurğulanıb.
Matçın yeni tarixi daha sonra açıqlanacaq.
Mənbə: sports.ru
www.102info.az