Ukrayna ordusu cənubda 13 yaşayış məntəqəsini azad edib

Dünya

Ukrayna qoşunları cənubdakı cəbhə xəttində 12 km-dək irəliləyib.

Müdafiəçilər artıq Xerson vilayətinin 13 yaşayış məntəqəsini azad ediblər.

Bu barədə Ukraynanın Cənub Operativ Komandanlığı məlumat yayıb.

Azad edilən ərazilərin ümumi sahəsinin 500 kvadrat km-dən çox olduğu bildirilib.

“13 yaşayış məntəqəsi, o cümlədən Vısokopolie, Novovoznesenskoye, Beloqorka, Mirolyubovka azad edilib”, – məlumatda vurğulanıb.

Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələri son 2 həftə ərzində 1800-dən çox işğalçını məhv edib, 150-dən çox komanda məntəqəsinə, komanda və istehkamlara zərbələr endirib, 122 tank və 500-dən çox zirehli texnika, 134 artilleriya sistemini sıradan çıxarıb.

Mənbə: rbc.ua

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir