Vərəsəlik pilləsində irəliləyişdən sonra Şahzadə Beatris dövlət müşaviri olub.
İndi o, rəsmi tədbirlərdə Kral III Karlı əvəz edə biləcək.
Kraliça II Elizabetin ölümündən sonra kral ailəsinin “böyük beşliy”inin tərkibi dəyişib. Onlar yeni kral III Karlın müşaviri kimi fəaliyyət göstərəcəklər.
Şahzadə Endryunun böyük qızı Şahzadə Beatris indi taxt üçün sıralamada doqquzuncudur. Əgər III Karl xəstədirsə və ya xaricdə olarsa, onun vəzifələrini yerinə yetirə bilər.
Qanuna görə, kralın yerini onun həyat yoldaşı və vərəsəlik cərgəsində yaşı 21-dən yuxarı olan sonrakı dörd nəfər tuta bilər. Buna əsaslanaraq, 34 yaşlı şahzadə Beatris taxt-tac sıralamasında dördüncüdür. Ümumi siyahıda isə doqquzuncu yerdədir. Lakin buna baxmayaraq, Beatris krallıq vəzifələrini icra edə bilər. Bu məsuliyyəti həmçinin Kraliça-konsort Kamilla, Şahzadə Uilyam, Sasseks hersoqu və York hersoqu da öz üzərinə götürə bilər.
Mənbə: Gazeta.ru
www.102info.az