II Elizabetlə vida mərasimində qalmaqal: Şahzadə təhqir olundu – VİDEO

Dünya

Şotlandiyanın paytaxtı Edinburqda kraliça II Elizabetlə vida mərasimi keçirilir. Onun tabutu şəhərin küçələri ilə Müqəddəs Egidiya Katedralına aparılıb. Monarx üçün dini ayın məhz burada keçiriləcək.

Yol boyu kraliçanın cənazəsini Elizabetin övladları müşayiət edib. Onların arasında bədnam şahzadə Endryu da olub. O, bir müddət öncə zorlamada ittiham olunub. Bu söz-söhbətlərdən sonra şahzadə bəzi titullardan məhrum edilib.

Vida yürüşü zamanı izdihamın arasındakı bir gənc Endryunu təhqir edib: “Sən xəstə qocasan!”, – deyə o qışqırıb.

Nəticədə polis oğlanın qollarını buraraq ərazidən uzaqlaşdırıb.

Məlumata görə, kraliçanın cəsədi olan tabut artıq Müqəddəs Eqidiya Katedralına gətirilib. O, növbəti 24 saat ərzində məbəddə qalacaq. Hər kəs kraliça ilə vidalaşa biləcək.

Mənbə: mk.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir