“Süd kokteylləri yüksək kaloriyə malikdir. Bu məhsulda azı beş yemək qaşığı şəkər var, bu isə insanda artıq çəkiyə, diabetə, ürək xəstəliklərinə və infarkta səbəb olur”.
Bu xəbərdarlıqla həkim-diyetoloq Yelena Solomatina çıxış edib.
Diyetoloqun sözlərinə görə, süd kokteylləri pis həzm olunur, bundan əlavə, kokteyli başqa yeməklərlə içməmək, yalnız desert kimi istifadə etmək məqsədəuyğundur.
“Süd kokteylləri adətən soyuq qəbul edildiyindən bu, həzm üçün çox pisdir, çünki fermentlər kifayət qədər miqdarda istehsal olunmur. Həzm olunmamış qidalar isə bağırsaqlara daxil olur. Orada patogen mikroflora çoxalır (zərərli bakteriyalar – red). Bağırsaq mikroflorasının tarazlığı pozulur və bu, müxtəlif xəstəliklərə gətirib çıxarır”, – deyə həkim-diyetoloq vurğulayıb.
Mənbə: Ura.ru
www.102info.az