Rusiyada 12 yaşlı məktəbli hovuzda məşq zamanı öldü – VİDEO

Dünya

Moskvada Su İdmanı sarayında faciə baş verib. Belə ki, 12 yaşlı məktəbli İra Solomyatnik hovuzda məşq zamanı ölüb.

Məlumata görə, hadisə üzgüçülük dərsi zamanı baş verib: Məktəbli bir neçə metr üzüb, özünü pis hiss edib, bundan sonra hovuzun kənarına üzüb və huşunu itirib. Onu dərhal sudan çıxarıblar. Yeddinci sinif şagirdi kliniki ölüm vəziyyətində xəstəxanaya çatdırılıb. Orada isə o, özünə gəlmədən dünyasını dəyişib.

İlkin versiyaya görə, ölümün səbəbi qəfil ürək dayanması olub. Polis araşdırma aparır.

Mənbə: “112” “Telegram” kanalı

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir