Şahzadə Endryunun kraliça II Elizabetin dəfn mərasiminə hərbi forma geyinməsi qadağan edildi

Dünya

Bukingem sarayı Şahzadə Endryuya kraliça II Elizabetin dəfn mərasiminə hərbi forma geyinməyi qadağan edib.

II Elizabetin sentyabrın 19-da keçiriləcək dəfn mərasimində kral ailəsinin bütün üzvləri hərbi geyimdə olacaqlar. Şahzadə Endryu isə kostyum və qalstukda olacaq. Çünki o, keçən il bütün fəxri hərbi titullarından məhrum edilib.

“Kral ailəsinin işləməyən üzvü kimi York hersoqu Vestminster zalında keçirilən son ziyafət zamanı hərbi forma geyinməyəcək”, – deyə saraydan bildirilib.

Eyni qaydaların 2020-ci ildə krallıq səlahiyyətlərindən imtina edən Şahzadə Harriyə də şamil olunacağı qeyd edilir.

Mənbə: Gazeta.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir