Ukrayna Rusiyanın “Rosatom” şirkətini Aİ-nin yeni sanksiyalar paketinə daxil etmək istəyir.
Bu barədə xarici işlər naziri Dmitri Kuleba məlumat verib.
Nazir Aİ-nin səkkizinci sanksiya paketinin təfərrüatı ilə bağlı sualı cavablandırıb. O bildirib ki, Ukrayna Zelenskinin “Rosatom”un sanksiyalara cəlb edilməsi ilə bağlı tezisini irəli sürəcək.
Kulebanın sözlərinə görə, bu məsələ xüsusilə Zaporojye AES-də baş verən hadisələrdən sonra aktuallaşıb. Burada təkcə Rusiya hərbçiləri deyil, həm də faktiki olaraq kriminal fəaliyyətlə məşğul olan “Rosatom”un əməkdaşları var.
“Onlara qarşı sanksiyalar tətbiq etmək üçün bütün əsaslar var”, – deyə nazir qeyd edib.
Kulebanın proqnozuna görə, Aİ-nin yeni sanksiyalar paketi ilin sonundan daha tez tətbiq oluna bilər.
Mənbə: Yevropeyskaya pravda
www.102info.az