Argentinanın vitse-prezidenti Kristina Kirşner sui-qəsd cəhdindən sonra yeni ölüm təhdidləri alıb.
İddialara görə, hadisədən az qala dərhal sonra naməlum qadın La Plata şəhərinin təcili xidmətlərinə zəng edərək Kirşneri öldürmək planlarından danışıb. Bu məlumatı təhlükəsizlik naziri Anibal Fernandes təsdiqləyib.
Hazırda vitse-prezidentin müdafiəsi gücləndirilib.
Qeyd edək ki, sentyabrın 1-də silahlı şəxs Kirşneri öldürməyə cəhd edib. Hücum edən şəxs və onun iki şəriki polis tərəfindən saxlanılıb. Siyasətçinin özü isə xəsarət almayıb. Hadisə Kirşnerin Buenos-Ayresdəki evinin qarşısında tərəfdarları ilə görüşərkən baş verib. Həmin şəxs silahı vitse-prezidentin üzünə doğrultsa da, atəş açmayıb.
Mənbə: gazeta.ru
www.102info.az