Çavuşoğlu: “Təbii ki, Azərbaycanın adekvat cavab verməməsi mümkün deyildi” – VİDEO

Dünya

“Ermənilər Qarabağdan çıxarkən bir tərəfdən dağıntılar törədib, digər tərəfdən də minalar basdırıblar”.

Bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada mətbuat konfransında deyib.

Türkiyəli diplomat “Twitter” hesabında yayımlanan videoda bildirib:

“İki gün əvvəl Ermənistan-Azərbaycan sərhədində yaşanan gərginlik vəziyyətin nə qədər kövrək olduğunu göstərir. Can Azərbaycan Ermənistana hərtərəfli sülh sazişi imzalamağı təklif etdi, lakin Ermənistan uzun müddət cavab vermədi. Biz, Avropa İttifaqı məsələyə müdaxilə etdik.

Artıq sərhədlərin müəyyənləşməsi üzrə komissiyalar yaradılıb. Ermənistan isə təxribatlarını davam etdirir. Yenə iki gün əvvəl belə bir addım atdı. Təbii ki, Azərbaycanın adekvat cavab verməməsi mümkün deyildi.

Əgər regionda sabitlik istəyiriksə, Ermənistan təxribatları dayandırmalı və əməkdaşlıq və sülh istiqamətində səmimi addımlar atmalıdır”.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir