“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyası sentyabrın 15-də Ermənistana gələcək”.
Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan açıqlama verib.
“Sabah KTMT missiyasının Ermənistana gələcəyini gözləyirik. Bizim müraciətimiz KTMT-də lazımi qaydada müzakirə olunub”, – deyə Mirzoyan parlamentdə hökumət saatında çıxış edərkən bildirib.
Xatırladaq ki, çərşənbə axşamı KTMT Şurası videokonfrans vasitəsilə keçirilən növbədənkənar iclasında təşkilatın missiyasını Ermənistana göndərmək barədə qərar qəbul edib. Səfərdə məqsəd Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı vəziyyəti qiymətləndirməkdir.
Missiyanın tərkibinə KTMT-nin baş katibi Stanislav Zas, KTMT-nin Birləşmiş Qərargah rəisi general-polkovnik Anatoli Sidorov və təşkilata üzv dövlətlərin nümayəndələrinin daxil olması nəzərdə tutulur.
Mənbə: TASS
www.102info.az