Türkiyənin kurort şəhəri Muğlanın Ula mahalında güclü meşə yanğını baş verib.
Məlumata görə, küləyin təsiri ilə güclənən yanğın bəzi yaşayış məntəqələrini təhlükə altına alıb. Bununla belə, hələlik təxliyə məsələsinin gündəmdə olmadığı vurğulanıb.
Yerli hökumət nümayəndələrinin sözlərinə görə, yanğınla mübarizəyə 37 yerüstü texnika, 19 su təchizatı maşını, 23 yerüstü briqada, altı buldozer və Muğla regional meşə təsərrüfatı idarəsinin 100-ə yaxın meşə təsərrüfatı işçisi, o cümlədən bələdiyyə yanğınsöndürmə briqadaları iştirak edir. Bundan başqa, yanğın yerinə səkkiz helikopter və beş təyyarə cəlb olunub.
Muğla Valiliğinin talebi üzerine Ula ilçesi Gökova mahallesindeki yangın söndürme çalışmalarına; Bakanlığımıza ait 1 adet İHA’nın yanı sıra arazöz, su tankeri, keşif aracı, dozer gibi yangın söndürme araçları ve görevlendirilen personel ile destek sağlanmaktadır. #MSB
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) September 14, 2022








Mənbə: TRT Haber
www.102info.az