BƏƏ-nin xarici işlər naziri ilk dəfə İsrailə rəsmi səfərə gəlib

Dünya

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed əl Nəhyan çərşənbə günü İsrailə səfər edib.

Məlumata görə, BƏƏ Xarici İşlər Nazirliyinin rəhbəri Təl-Əvivə ilk rəsmi səfərə gəlib.

Nazirin səfər proqramına İsrailin baş naziri Yair Lapidlə danışıqlar daxildir. Bu görüş cümə axşamına təyin edilib.

Qeyd edək ki, əl Nəhyan artıq mart ayında BƏƏ, İsrail, Bəhreyn, Mərakeş, Misir və ABŞ-ın xarici işlər nazirləri arasında çoxtərəfli görüşdə iştirak edərkən İsraildə olub.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir