ABŞ Prezidenti Co Bayden inflyasiya ilə uğurlu mübarizəyə dair çıxış edib.
Bu zaman “Fox News” telekanalı onun çıxışını gözlənilmədən kəsib. Kanal izləyicilərə inflyasiya səbəbilə birjada səhmlərin kəskin şəkildə endiyini əks etdirən hesabat nümayiş etdirib.
“Mən səs-küy yaratmaq istəmirəm, amma biz bu “bayramı” sərt və “soyuq” reallıq dozasını göstərmək üçün dayandırırıq”, – deyə aparıcı qeyd edib.
ABŞ-da inflyasiya son həddə çatıb, lakin bununla yanaşı Ağ Ev inadla iqtisadiyyatda vəziyyətin normal olduğunu iddia edir.
Hakimiyyətin hərəkətləri həm mediada, həm də əhalidə qınaq doğurur.
Mənbə: 360tv.ru
www.102info.az