Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Bakının erməni-bolşevik işğalından azad olunmasının 104-cü ildönümü ilə bağlı paylaşım edib.
E.Tatar bu barədə öz “Twitter” səhifəsində yazıb.
“Azərbaycanın paytaxtı Bakının işğaldan azad edilməsinin 104-cü ildönümündə bu zəfərin əldə olunmasında əməyi olanları yad edir, iki gün əvvəl Vətənin müdafiəsi zamanı şəhid olan Azərbaycan əsgərlərinə bir daha rəhmət diləyirik”, – o bildirib.
Azerbaycan Cumhuriyeti’nin başkenti Bakü’nün işgalden kurtuluşunun 104. yıldönümününde bu zaferin kazanılmasında katkısı olanları yad eder, iki gün önce vatan savunması sırasında şehit düşen Azerbaycan askerlerine bir kez daha Allah’tan rahmet diliyorum.
— Ersin Tatar (@ErsinrTatar) September 15, 2022
www.102info.az