Latviya Belarusla sərhəddə 173 km-lik hasar tikir – FOTO

Dünya

Latviya Belarusla sərhəddə 173 kilometrlik hasarın inşasına başlayıb. Tikintinin 2024-cü ilə qədər başa çatdırılması planlaşdırılır.

Məlumata görə, hündürlüyü az qala dörd metr olan hasar Yaxın Şərqdən olan miqrantların Belarus vasitəsilə Aİ-yə qeyri-qanuni girişinin qarşısını almaq üçün nəzərdə tutulub. Hasarın üstündən tikanlı məftillər çəkiləcək.

Qeyd edək ki, 2021-ci ilin yay və payızında Polşa və Baltikyanı ölkələrdə miqrasiya böhranı baş verdi: bu ölkələrin hakimiyyət orqanları bunun Lukaşenko hökuməti tərəfindən təşkil edildiyinə inanırlar. Belarus hakimiyyəti, onların fikrincə, Yaxın Şərq ölkələrindən minlərlə miqrantı pul qarşılığında Minskə çatdırıb, sonra isə qaçqın adı altında onları keçməyi təklif edərək, Aİ ölkələri ilə sərhədə gətirib. Nəticədə Polşa, eləcə də Litva və Latviya sərhədboyu ərazilərdə fövqəladə vəziyyət rejimi tətbiq etməyə məcbur oldular, həmçinin Belarusla sərhəddə hasar çəkməyi qərara aldılar.

Mənbə: Delfi

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir