“Dünya Karib böhranından (Kuba raket böhranı) bəri nüvə münaqişəsinə bu il olduğu qədər yaxın olmayıb”.
Bu qiymətləndirməni BMT Baş Assambleyasının 77-ci sessiyasının sədri Çaba Kyoryoşi açıqlayıb.
“Biz Karib böhranından bu yana real nüvə münaqişəsinə bu qədər yaxın olmamışıq. Və mən hesab edirəm ki, bu, hamımız üçün olduqca ciddi xəbərdarlıqdır”, – deyə sədr qeyd edib.
“Nüvə silahından istifadə variantına əl atmaq doğru deyil, bu variant üzv ölkələrin alətlər dəstindən çıxarılmalıdır”, – deyə Assambleya sessiyasının rəhbəri vurğulayıb.
“Nüvə silahlarının həftəlik və aylıq əsasda siyasi silah kimi istifadə edildiyi günlərə qayıda bilmərik. Və Allah eləməsin ki, nüvə zərbəsi endirilsin, belə çətin vəziyyətə qalaq”, – deyə o qeyd edib.
Mənbə: TASS
www.102info.az