ABŞ dövlət katibi ilə Paşinyan arasında telefon danışığı baş tutub

Dünya

ABŞ Dövlət katibi Antoni Blinkenlə Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Dövlət katibi ABŞ-ın Ermənistan və Azərbaycan arasındakı problemlərin sülh yolu ilə həllinə kömək etməyə hazır olduğunu bəyan edib.

A.Blinken diplomatiyanın məsələnin həlli üçün yeganə yol olduğunu və bu məsələ ilə şəxsən məşğul olacağını deyib.

Mənbə: News.am

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir