Ukrayna Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya II Elizabetin dəfn mərasimində iştirak edəcək.
Zelenskaya dünya liderləri ilə birlikdə Böyük Britaniya kraliçası II Elizabetin dəfn mərasiminə qatılacaq.
Kral III Çarlzın təşkil etdiyi anım mərasimi və VİP qəbula 500 dövlət başçısı və hörmətli qonaqlar dəvət olunub. Ukraynanın birinci xanımı Yelena Zelenskaya da bu qonaqlar sırasındadır.
“Yelena Zelenskayanın iştirakı Ukraynaya qlobal dəstəyin daha bir əlamətidir. Bunun əksinə olaraq Rusiya təcrid vəziyyətindədir. Britaniya Ukraynanın ən sadiq müttəfiqlərindən biridir. Zelenskayanın dəfndə iştirakı bu dostluğun və qarşılıqlı hörmətin əlamətidir”, – deyə mənbə qeyd edib.
Bazar ertəsi mərasim başa çatan kimi Zelenskayanın Ukraynaya qayıdacağı bildirilir.
Mənbə: Yevropeyskaya pravda
www.102info.az