Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 77-ci iclasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə gedib.
Sentyabrın 20-də BMT Baş Assambleyasında çıxış edəcək Türkiyə lideri sammit çərçivəsində bir çox ölkənin dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlər keçirəcək.
Səfər zamanı Ərdoğan ABŞ-da fəaliyyət göstərən türk qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşəcək, beynəlxalq təşkilatların rəhbərləri ilə də danışıqlar aparacaq.
ABŞ Prezidenti Co Baydenin nümayəndə heyətləri başçılarının şərəfinə verəcəyi ziyafətə Ərdoğanın da qatılacağı gözlənilir.
Mənbə: Anadolu
www.102info.az