Türkiyənin İzmir şəhərinin Torbalı rayonunda kosmetika fabrikində yanğın başlayıb.
Alov sürətlə genişlənərək bitişik fabrikə də keçib.
Hadisə yerinə xilasetmə, səhiyyə və polis qrupları cəlb edilib.
Yanğını nəzarətə götürmək üçün bölgəyə təyyarələr göndərilib.
Fabrikdə kimyəvi maddələrin təsirindən partlayışlar da baş verir.
3 nəfərin yüngül xəsarət aldığı yanğının söndürülməsi istiqamətində işlər davam edir.
Mənbə: DHA
www.102info.az