CAR-ın cənub-şərqində məktəb mikroavtobusu ilə yük maşınının toqquşması nəticəsində azı 21 nəfər ölüb.
Yol-nəqliyyat hadisəsi Kvazulu-Natal əyalətinin Ponqola şəhəri yaxınlığındakı magistral yolda baş verib.
Yük maşınının sürücüsü ötmə əməliyyatı etmək istəyən zaman idarəetməni itirərək məktəb mikroavtobusuna çırpılıb. Ölənlərin 19-u 5-12 yaş arası uşaqlardır.
Polisin məlumatına görə, qəzanı törədən şəxs hadisə yerindən qaçıb. Onun axtarışı davam edir.
Yolun qəza baş verən hissəsi nəqliyyatın hərəkəti üçün bağlanıb.
Mənbə: TASS
www.102info.az