Gey-parad Belqradda toqquşmalarla nəticələnib – VİDEO

Dünya

Serbiyanın paytaxtı Belqradda gey-paradın iştirakçıları ilə tədbirin keçirilməsinə etiraz edən serblər arasında toqquşma baş verib.

Toqquşmalar qısa müddət ərzində iğtişaşlara çevrilib.

Hadisəyə hüquq-mühafizə orqanlarının əməkdaşlarına müdaxilə etməli olub.

İğtişaşlar nəticəsində maşınlara, iaşə obyektlərinə, reklam lövhələrinə zərər dəyib.

Çoxlu sayda saxlanılanların olduğu bildirilir.

Qeyd edək ki, Serbiya hökuməti iğtişaşların olacağından ehtiyat edərək bir neçə gün əvvəl bəyanatla çıxış edərək gey-paradın keçirilməsini qadağan edib.

Mənbə: İzvestiya

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir