ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bildirib ki, Birləşmiş Ştatlar Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyü və ölkənin qurumdan çıxma ehtimalına münasibət bildirmir.
“Ermənistanda demokratiyanın inkişafı bütün demokratik dünya tərəfindən müsbət qarşılanır. Biz Ermənistanın digər təşkilatlarla təmaslarını şərh etmirik, lakin Ermənistanın təhlükəsizlik məsələləri bizim üçün önəmlidir. Qərarları Ermənistan verir. Biz yalnız bu işə töhfə vermək istəyimizdən danışa bilərik”, – Pelosi İrəvanda mətbuat konfransı zamanı deyib.
Nümayəndələr Palatasının sədri əlavə edib ki, Ermənistanın Minilliyin Çağırış Proqramına qoşulması məsələsi müzakirə olunur.
Qeyd edək ki, spiker ABŞ-ın Ermənistanın müdafiə sahəsində “ehtiyaclarını eşitməyə” hazır olduğunu da bəyan edib.
Mənbə: gazeta.ru
www.102info.az