Tayvanın ardınca Yaponiyada da güclü zəlzələ oldu

Dünya

Bazar günü Şərqi Çin dənizində Yaponiyanın cənubundakı Okinava prefekturası yaxınlığında 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə ölkənin meteorologiya idarəsi məlumat yayıb.

Qurumdan sunami təhlükəsinin olmadığı bildirilib.

Yeraltı təkanların episentri əsasən Okinava adasının şimalında təxminən 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.

Xatırladaq ki, bir müddət öncə Okinavaya nisbi yaxınlıqda yerləşən Tayvan adasında da güclü zəlzələ baş verib. Müxtəlif hesablamalara görə, onun maqnitudası 6,8 ilə 7,2 arasında dəyişib.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir