Ayda vulkan püskürməsinin izləri aşkar edildi

Dünya

Çin alimləri 2020-ci ildə “Chang’e-5” kosmik gəmisi tərəfindən Yerə çatdırılan Ay torpaq nümunələrində vulkanik lava püskürməsinə dair sübutlar tapıblar.

Bu barədə Çin Elmlər Akademiyası nəzdində Milli Kosmik Elmlər Mərkəzi məlumat yayıb.

Tədqiqatçılar Aydakı torpaq nümunələrini araşdırarkən, Çin kosmik gəmisinin Aya endiyi ərazidə vulkan püskürmələrinin baş verdiyini aşkar ediblər.

Alimlərin fikrincə, qurğunun eniş yerində vulkanik fəaliyyətin intensivləşməsi təxminən 2 milyard il əvvəl baş verib.

Onlar həmçinin qeyd ediblər ki, əldə edilən məlumatlar Ayda vulkanik fəaliyyətin miqyasını öyrənmək üçün mühüm sübutdur.

Mənbə: gazeta.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir