ABŞ Prezidenti Co Bayden COVID-19 pandemiyasının sona çatması ilə bağlı açıqlama verib.
Bayden bu barədə CBS telekanalına verdiyi müsahibədə bildirib. Onun ABŞ-da COVID-19 pandemiyasının bitməsi ilə bağlı çıxışı bəzi səhiyyə işçilərinin, eləcə də Ağ Ev rəsmilərinin təəccübünə səbəb olub.
Amerika Prezidenti Administrasiyasının iki rəsmisi qeyd edib ki, müsahibə çərçivəsində belə bir bəyanatın verilməsi planlaşdırılmayıb.
Mənbə: TASS
www.102info.az