Türkiyə kosmosa ilk insanlı səyahət üçün tarixi bir müqavilə imzalayıb.
Bu barədə Türkiyə sənaye və texnologiya naziri Mustafa Varank məlumat verib.
Nazir “Twitter” hesabında Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə keçiriləcək ilk insanlı kosmos səyahəti ilə bağlı mühüm açıqlamalar verib.
“Cümhuriyyətimizin 100-cü ildönümündə həyata keçiriləcək ilk insanlı kosmos missiyası ilə bağlı tarixi müqaviləyə imza atdıq.
Kosmosa gedəcək türkiyəli səyahətçi ilə bağlı seçimlər davam edir. Bununla bağlı təlim və uçuş xidməti üçün “Axiom_Space” şirkəti ilə əməkdaşlıq edəcəyik”, – deyə Mustafa Varank qeyd edib.
Cumhuriyetimizin 100. yılında gerçekleştireceğimiz insanlı ilk uzay görevinde tarihi bir anlaşmaya imza attık.
Seçim süreci devam eden Türk uzay yolcusunun eğitim ve uçuş hizmeti için @Axiom_Space ile işbirliği yapacağız.#MilliUzayProgramı ile hayaller gurura dönüşüyor. 🇹🇷🚀 pic.twitter.com/tqjA5OTedR
— Mustafa Varank (@varank) September 19, 2022
Mənbə: Haber Global
www.102info.az