ABŞ-ın keçmiş prezidenti Donald Tramp yenidən Floridadakı Mar-a-Laqo malikanəsinə baş çəkəcək.
Bu barədə o, “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
Bu, Federal Təhqiqatlar Bürosunun (FTB) agentləri tərəfindən mülkdə aparılan axtarışlardan sonra ilk ziyarətdir.
“Tezliklə mən Florida ştatında Mar-a-Laqodakı evimə gedəcəyəm. Əsassız, ədalətsiz və qanunsuz axtarışların və basqının olduğu evimə baş çəkəcəm. Evimin, otaqlarımın əsassız olaraq “təmizlənmə”sinin nəticələrini öz gözlərimlə görə biləcəyəm”, – deyə Tramp qeyd edib.
Siyasətçi onu da bildirib ki, “onun əlindən bir çox şey qanunsuz alınıb”.
Mənbə: TASS
www.102info.az