Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinin Ukrayna böhranının tez bir zamanda həllinə çalışdığını bildirib.
“Anladım ki, o, həqiqətən də, bu işi tez bir zamanda bitirmək istəyir. Hal-hazırda, məsələn, 200 hərbi əsirin mübadiləsinə dair razılıq əldə olunub. Bu, çox gözəl irəliləyişdir”, – deyə o, ABŞ-ın PBS telekanalına müsahibəsində bildirib.
Ərdoğan onu da bildirib ki, Rusiya ilə Ukrayna arasında sülh əldə ediləcəyi təqdirdə burada alınan torpaqların geri qaytarılması böyük əhəmiyyət daşıyır:
“İstənilən və gözlənilən budur. Bu mövzuda cənab Quterreşin atdığı addımlar var. Bizim atdığımız addımlar da var. Bu addımlarla yanaşı, gözlədiyimiz şey torpaqların qaytarılmasıdır ki, həqiqətən, işimizi asanlaşdırar”.
www.102info.az