Blinken Çavuşoğlu ilə Bakı və İrəvan arasındakı nizamlanmanı müzakirə edib

Dünya

ABŞ dövlət katibi Entoni Blinken çərşənbə axşamı Nyu-Yorkda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüş keçirib.

Görüşdə digər məsələlərlə yanaşı, Azərbaycan və Ermənistan arasında nizamlanma prosesi, Ukrayna ətrafındakı vəziyyət, Qara dəniz vasitəsilə ərzaq ixracı ilə bağlı taxıl sazişi də müzakirə olunub.

Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın yazılı açıqlamasında bildirilib.

“Blinken və Çavuşoğlu Cənubi Qafqazdakı gərgin vəziyyəti müzakirə ediblər. Dövlət katibi qeyd edib ki, Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında dialoqun təşviqi üçün fəaliyyətini davam etdirir”, – deyə açıqlamada vurğulanıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir