Uqandada Ebola epidemiyası elan edilib.
Uqanda Səhiyyə Nazirliyi və ÜST ölkədə Ebola virusunun yayıldığını təsdiqləyiblər.
Uqandanın mərkəzi bölgəsində 24 yaşlı kişidə xəstəliyin simptomları yaranıb, o, dünyasını dəyişib.
Səhiyyə Departamentinin daimi katibi Dayana Etvayn mətbuat konfransı zamanı bu barədə açıqlama verib.
“Bildirmək istəyirik ki, ölkədə Ebola epidemiyası yayılıb. Dünən bu faktı təsdiqlədik”, – deyə o qeyd edib.
Ebola əlamətləri olan daha səkkiz nəfər həkim nəzarətindədir.
Uganda has stellar experience in handling outbreaks and epidemics of this nature. The @MinofHealthUG has dispatched teams to Mubende District to enhance surveillance and community awareness. The public is urged to remain vigilant and calm as teams undertake the necessary action. https://t.co/HIN5mU1kvj
— Ministry of Health- Uganda (@MinofHealthUG) September 20, 2022
Qeyd edək ki, Ebola virusu vaxtaşırı Afrika ölkələrində yayılaraq insan ölümlərinə səbəb olur. Son otuz il ərzində ümumilikdə dünyada bu xəstəlikdən 15 mindən çox adam həyatını itirib.
Mənbə: Vitrosp.com
www.102info.az