Rusiyada qismən səfərbərlik qərarından sonra Çindən diqqətçəkən AÇIQLAMA

Dünya

Rusiya Prezidenti Vladimir Putinin qismən səfərbərlik qərarından sonra Çin diqqətçəkən açıqlama verib.

Rəsmi Moskvanın ən güvəndiyi tərəfdarlarından olan Çinin Xarici İşlər Nazirliyi tərəflərin dialoq çərçivəsində həll yolu tapılmalı olduğunu açıqlayıb.

Qurumun sözçüsü Vanq Venbin mətbuat konfransında deyib:

“Biz müvafiq tərəfləri dialoq və məsləhətləşmələr yolu ilə atəşkəsə nail olmağa və bütün tərəflərin qanuni təhlükəsizlik narahatlıqlarını aradan qaldıracaq həll yolunu tapmağa çağırırıq”.

Mənbə: Haber Global

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir