“Rusiya işğal etdiyi ərazilərdə qondarma referendum keçirməklə heç kimi çaşdıra bilməyəcək”.
Bu barədə Belçikanın xarici işlər naziri Adja Labib bildirib.
“Qondarma referendum heç kəsi aldada bilməyəcək. Bu “referendum”lar Rusiyanın təcavüzü və qeyri-qanuni işğalını gücləndirmək sxeminə uyğundur. Biz bu ssenarini artıq bilirik. Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləməyə davam edəcəyik”, – deyə nazir qeyd edib.
The so-called “referendums” are not fooling anyone. They follow a pattern reinforcing Russia’s aggression and illegal occupation. The script is already known. We will continue to support the territorial integrity of #Ukraine.
— Hadja Lahbib (@hadjalahbib) September 20, 2022
Mənbə: Yevropeyskaya pravda
www.102info.az