Əfsanəvi aktyor Alen Delon Ukrayna Prezidenti Volodimir Zelenskidən müsahibə götürəcək.
Müsahibənin 23 sentyabrda baş tutması razılaşdırılıb.
Aktyor müsahibəni “TV5 Monde” televiziya kanalı üçün götürəcək.
Qeyd edək ki, Alen Delon hələ ilk günlərdən Rusiyanın Ukraynada həyata keçirdiyi hərbi əməliyyatlara qarşı çıxıb, Ukraynaya dəstəyini ifadə edib.
Yazın sonlarında 86 yaşlı aktyor evtanaziya ilə dünyadan köçmək qərarı ilə pərəstişkarlarını məyus etmişdi.
Mənbə: BfmTv
www.102info.az