Gecə saatlarından Rusiya-Finlandiya sərhədində nəqliyyatın hərəkəti artıb.
Finlandiya Sərhəd Xidmətinin beynəlxalq əməkdaşlıq şöbəsinin rəhbəri Matti Pitkyanittinin sözlərinə görə, cümə axşamına keçən gecə keçid məntəqələrində hərəkət kəskin artıb: əgər sentyabrın əvvəlində Rusiya Federasiyasından çıxan gündəlik avtomobillərin sayı təxminən 3000-ə yaxın idisə, bu rəqəm 4824 olub.
Cənub-Şərqi Finlandiya sərhəd mühafizə bölməsi də sıxlığın artdığını təsdiqləyib:
“Sərhəd nəqliyyatı sürətlənib və ölkəyə daxil olan nəqliyyat vasitələri səbəbindən həmişəkindən daha çox yüklənib”.
Mənbə: RBK
www.102info.az