İsrailin baş naziri Yair Lapid Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasındakı çıxışı zamanı Fələstin dövlətinin sülhsevər olması şərti ilə münaqişənin həlli üçün “iki xalq, iki dövlət” formulunu dəstəkləyib.
“İki xalq, iki dövlət” prinsipi əsasında fələstinlilərlə razılaşma İsrailin təhlükəsizliyi, ölkə iqtisadiyyatı və uşaqlarımızın gələcəyi üçün düzgün həll yoludur”, – Lapid bəyan edib.
Eyni zamanda, onun fikrincə, Fələstin dövlətinin yaradılmasının əsas şərti ölkənin sülhpərvərliyi olmalıdır. Əgər o, “digər bir terror bazasına çevrilərsə”, bu, İsrailin varlığı üçün “təhdiddir”.
Lapid həmçinin bildirib ki, İsrail tərəfi Qəzza zolağının blokadasını dərhal aradan qaldırmağa hazırdır. Bir şərtlə ki, onun hakimiyyət orqanları silahlarını yerə qoymağa və İsrail ərazisinin atəşə tutulmasını dayadırmağa, eləcə də həbs edilmiş israilliləri geri qaytarmağa hazır olduqlarını ifadə etsinlər.
“Biz birlikdə həm Qəzzada, həm də İordan çayının qərb sahilində gələcəyinizi qura bilərik”, – İsrailin baş naziri vurğulayıb.
Mənbə: gazeta.ru
www.102info.az